Deputat hökuməti qiymət artımının qarşısını almağa çağırıb - "Bu, dözülməzdir"
“Ərzaq və qeyri-ərzaq bazarındakı qiymətlər günbəgün artır. Bu, dözülməzdir”.
Bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycan dövləti qiymət artımının qarşısının alınması üçün tədbirlər üzərində işləməlidir: “Nə qədər desələr də bazarda inhisarçılıq və monopoliya var. Biz uzun illərdir ki, Rəqabət Məcəlləsinin qəbul edilməsi məsələsini qaldırırıq. Hökumətdən xahiş edirəm ki, bu Məcəllənin qəbulunu tezləşdirsinlər”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın