Deputat:

Deputat: İqtisadiyyata investisiya cəlb olunması,bazarlara çıxış imkanının genişləndirilməsi ilə nəticələnəcək

“Cənab Prezident keçirdiyi son müşavirədə də bəyan etdi ki, 2020-ci ildə islahatlar davam etdiriləcək. 2019-cu ilin sonlarından etibarən istər Prezident Administrasiyasında, istərsə də Nazirlər Kabinetində iqtisadi komandanın gücləndirilməsini müşahidə etdik.iqtisadiyyata investisiya cəlb olunması və bazarlara çıxış imkanının genişləndirilməsi ilə nəticələnəcək

Bu da təsadüfi deyil. Çünki 2020-ci il Strateji Yol Xəritəsinin orta prespektiv üçün hədəflərinin reallaşdırılmasına start verilir”.

Bu fikiri Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib.

Deputat qeyd edib ki, indi koronavirus pandemiyası ilə əlaqədar olaraq bu islahatlar bir az ləngiyəcək, ancaq mütləq icra ediləcək:

“2025-ci ilədək milli iqtisadiyyat üzrə uzunmüddətli baxış dayanıqlı inkişaf yoluna daxil olmuş Azərbaycan iqtisadiyyatının bütün tərəflərinin faydalı əməkdaşlığı şəraitində daha çox dəyər yaratmaqla, rəqabət qabiliyyətinin gücləndirilməsinə nail olacaq.

Xüsusilə, azad rəqabət mühitinin inkişafı özəl sektorun dəstəklənməsi ilə müşayiət olunmaqla milli iqtisadiyyata daha çox investisiya cəlb olumması və bazarlara çıxış imkanının genişləndirilməsi ilə nəticələnəcək.

Milli iqtisadiyyatın inkişafı qlobal və regional kontekstdə başlıca meyillər nəzərə alınmaqla təmin ediləcək, həmçinin, qlobal və regional dəyər zəncirlərinə inteqrasiya əsas götürüləcək.

Makroiqtisadi sabitliyin qorunması, biznes mühitinin yaxşılaşdırılması, özəl sektorun investisiya qoyuluşlarının təşviqi və dəstəkləyici dövlət sektoru Azərbaycanın 2025-ci ilədək olan dövrdə iqtisadi inkişaf perspektivinin fundamental əsasıdır. Ona görə də bu hədəflərin reallaşdırılması baxımından biz millət vəkillərinin üzərinə də böyük missiya düşür.

Biz həm seçicilərin etimadını doğrultmaq, həm də ölkənin inkişaf tarixində rol oynamaq üçün bu missiyanı şərəflə icra edəcəyik”.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər