Deputat Könül Nurullayeva növbəti səyyar görüşünü keçirib
Milli Məclisin deputatı Könül Nurullayeva Cəmşid Naxçıvanski küçəsi 81 ünvanında yaşayan Nizami rayon sakinləri ilə görüş keçirərək onların təklif və problemlərini dinləyib, vətəndaşların rastlaşdığı gündəlik problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar verib.
Faktinfo.az xəbər verir ki,görüş zamanı səsləndirilən müraciətlər arasında binanın zirzəmi qatında yerləşən və yanğın təhlükəsi yaradan xalça anbarının ləğv edilərək yığışdırılması, məhəllə girişindəki sənədsiz qarajların sökülərək yerinin dəyişdirilməsi, həmin ərazidə sakinlərin istirahəti üçün yeni parkın salınması, məhəllənin abadlaşdırılması və s. bu kimi məsələlər başlıca yer almışdır.
Görüşün sonunda isə millət vəkili K.Nurullayeva sakinlər tərəfindən qaldırılan məsələlərə dair araşdırmanın aparılacağını və qeyd olunan problemlərin həlli istiqamətində müvafiq addımların atılacağını seçicilərinin diqqətinə çatdırıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın