Deputat Könül Nurullayeva seçiciləri ilə bərabər diğər vətəndaşları da qəbul etdi - FOTOLAR
Milli Məclisin deputatı Könül Nurullayeva həftə ərzində Bakı şəhəri, Nizami rayonundan olan seçiciləri, eləcə də Azərbaycanın digər bölgələrində yaşayan vətəndaşlar tərəfindən edilən müraciətlər əsasında növbəti vətəndaş qəbulunu keçirib.
Nəzərinizə çatdıraq ki, görüşdə millət vəkili K.Nurullayeva vətəndaşları fərdi formada dinləyərək, onların müxtəlif mövzular üzrə səsləndirdiyi problemləri qeydiyyata götürüb.
Faktinfo.az saytına deputat qərargahından verilən məlumata görə, görüş zamanı qəbul iştirakçıları tərəfindən dilə gətirilən əsas problemlər sırasında vətəndaşların işlə təmin olunması, aztəminatlı ailənin qarşılaşdığı məişət problemləri, xəstəlikdən əziyyət çəkən sakinin müalicəsinə maliyyə vəsaitinin ayrılması, Vətən müharibəsi qazisinin fərdi mənzillə təmin olunması, əlillik dərəcəsinin düzgün təyin olunmaması və s. bu kimi məsələlər başlıca yer almışdır.
Qəbulun sonunda isə Milli Məclisin deputatı Könül Nurullayeva görüş iştirakçılarının diqqətinə çatdırıb ki, qeydiyyata götürülmüş müraciətlər ən yaxın zamanda aidiyyəti üzrə müvafıq qurumlara ünvanlanacaqdır.
Bu xəbər üçün şərh yazın