Deputat Könül Nurullayeva seçicilərinin şikayətlərini dinləyib - FOTO
Millət vəkili Könül Nurullayeva Nizami rayonunda, habelə Azərbaycanın digər bölgələrində yaşayan sakinlər tərəfindən deputat qərargahına daxil olan müraciətlər əsasında növbəti vətəndaş qəbulunu keçirib.
Deputat qəbul zamanı vətəndaşlarımızla görüşərək, onlar tərəfindən səsləndirilən şikayət və problemlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb.
Diqqətinizə çatdıraq ki, görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər sırasında vətəndaşın tibbi sığortadan istifadə ilə əlaqədar yaşadığı çətinlik, aztəminatlı ailələrin qarşılaşdığı məişət problemləri, vətəndaşın işdən əsassız səbəbdən çıxarılmasına dair iddiası, məhəllənin abadlaşdırılması və orada işıqlandırma sisteminin quraşdırılması, o cümlədən Vətən müharibəsi qazisinin məşğulluq probleminin aradan qaldırılması ilə bağlı məsələlər başlıca yer almışdır.
Millət vəkilinin qərargahından Faktinfo.az-a verilən məlumata görə, seçicilərin qəbul ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər qeydiyyata götürülmüşdür. Belə ki, millət vəkili səlahiyyətləri daxilində məsələlərin ən yaxın zamanda həll edilməsi üçün bütün lazımi addımları atacaq, müvafiq qurumlara məktubları ünvanlayacaqdır.
Bu xəbər üçün şərh yazın