Deputat Könül Nurullayeva vətəndaş qəbullarını davam etdirir - FOTOLAR
24 saylı Nizami birinci seçki dairəsi üzrə Milli Məclisin deputatı Könül Nurullayeva həftə ərzində Nizami rayonu sakinləri, o cümlədən Azərbaycanın digər bölgələrində yaşayan vətəndaşlar tərəfindən qərargahına daxil olan müraciətlərə əsasən, növbəti vətəndaş qəbulunu keçirib.
Faktinfo.az xəbər verir ki,görüşdə millət vəkili K.Nurullayeva vətəndaşları fərdi formada dinləyərək, müxtəlif mövzularda onları narahat edən problemləri qeydiyyata götürüb. Deputat qərargahından verilən məlumata əsasən, görüş zamanı qəbul iştirakçıları tərəfindən səsləndirilən əsas məsələlər sırasında vətəndaşların işlə təmin olunması, Vətən müharibəsi iştirakçısının veteran adı və vəsiqəsi almaqla bağlı yaşadığı çətinlik, aztəminatlı ailənin qarşılaşdığı məişət problemləri və s. bu kimi məsələlər başlıca yer almışdır.
Qəbulun sonunda Milli Məclisin deputatı Könül Nurullayeva görüş iştirakçılarına bildirib ki, səlahiyyətləri daxilində qeydiyyata götürülmüş bütün müraciətlər ən yaxın zamanda aidiyyəti üzrə müvafıq qurumlara ünvanlanacaqdır.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın