Deputatın 10 MİLYON vergi borcu üzə çıxdı - FOTOFAKT

Deputatın 10 MİLYON vergi borcu üzə çıxdı - FOTOFAKT 

Milli Məclisin deputatı İqbal Məmmədova məxsus “Kaspi Yıldız” şirkətinin 1600019501 nömrəli VÖEN-i üzrə sorğu verən zaman 9 666 469.63 manat borcu olduğu məlum olub.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytında məlumat dərc edilib.

Məlum olub ki, şirkətin təsisçilərindən biri Rafet Ekmekçioğlu özünə məxsus 50% payı digər təsisçi Məmmədov İqbal Nəriman oğluna verib. Bununla da “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin təsisçisi 100% pay ilə Məmmədov İqbal Nəriman oğlu olub.

Lakin İ.Məmmədov bir müddət öncə açıqlamasında sözügedən şirkətin onun adına olması ilə bağlı iddiaları təkzib etmişdi:

“Mən deputat olana qədər “Kaspi Yıldız” öz adıma idi. Parlament üzvü olduqdan sonra bütün biznesimi ailə üzvlərimin adına keçirdim. Deputatam deyə biznesimi yad adama bağışlayası deyildim ki...”

(Lent.az)

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi