"Deputatın sürücüsü kimlərinsə adını əfv siyahısına saldırıb" - Elman Nəsirov
“Sosial şəbəkələr bu gün cəngəllik qanunları ilə idarə olunur”.
Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.
O, “Sosial şəbəkələrin tənzimlənməsi haqqında” qanun layihəsinin qəbul olunmasına ehtiyac olduğunu bildirib:
“Sosial şəbəkələrin fəaliyyəti ilə bağlı dinləmələr keçirilə bilər. Digər tərəfdən isə işğal olunmuş ərazilərimizlə bağlı qanun layihəsinin qəbul olunmasına da çox böyük ehtiyac var. Mənə məlumat daxil olmuşdu ki, Əfv Komissiyasının üzvlərinin biri olan deputatın sürücüsü kimlərinsə adını siyahıya saldırıb”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın