Deputatlar AzTV-yə qarşı

Deputatlar AzTV-yə qarşı - FOTO

Milli Məclisin deputatları Azərbaycan Televiziyasını (AzTV) sərt tənqid ediblər.

Bakupost.az xəbər verir ki, deputat Əziz Ələkbərli feysbuk hesabında AzTV ilə bağlı status yazıb:

“Bu gün AzTV-də “Əsas məsələ” verilişinə baxdım, Qərbi Azərbaycanla bağlı söhbətləri dinlədim və verilişin səviyyəsizliyinə heyrət elədim. AzTV rəhbərliyinə və verilişin müəlliflərinə bir məsləhətim var: Qərbi Azərbaycan mövzusunu bu qədər bayağılaşdırmayın və kanalı bu qədər gözdən salmayın!”.

Deputat Etibar Əliyev də həmkarının statusuna rəy yarazaq bunları bildirib:

“ AzTV-nin rəhbərinin özü savadsızın, yekəxananın biridir. Oradakı əksər verilişləri də öz səviyyəsi ilə bərabərləşdirib. Televiziyanı şəxsi ambisiyasının qurbanına çevirib. Təhsil və elm sahəsindəki verilişləri ictimai rəyi çaşdırmağa xidmət edir”.



Birinci məlumatlanmaq üçün facebook səhifəmizi