Deputatlığa namizəd Kamil Seyidovun saatlılarla görüşləri davam edir

Deputatlığa namizəd Kamil Seyidovun saatlılarla görüşləri davam edir 

62 saylı Saatlı seçki dairəsindən deputatlığa namizəd, Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Kamil Seyidovun seçicilərlə görüşü davam etməkdədir.

 O, son iki gündə rayonun Axska türklərinin məskunlaşdığı Simadakənd, Nəsimikənd və Şirinbəy kəndlərində, eləcə də Mircəlalkənd, Soltanabad yaşayış məntəqələrində əhali ilə möhtəşəm görüşlər keçirilmişdir. Seçicilər onları düşündürən və həllinə ehtiyac olan bir çox məsələləri deputatlığa namizədin nəzərinə çatdırmışlar. Kamil Seyidov bildirib ki, seçicilər ona etimad göstərdikləri halda, həmin məsələlərin həlli istiqamətində onlara yardımçı olacaq.

Kamil Seyidovun ümumrayon seçiciləri ilə görüşü 4 fevral 2020-ci ildə mədəniyyət sarayında reallaşacaq.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər