Diaspor rəhbəri Eldar Həsənovu müdafiə etdi
“Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu”nun sədri Hikmət Cavadov bu günlərdə həbs olunan Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı sabiq səfiri Eldar Həsənovla yaxın münasibətlərdə olduğunu etiraf edib.
Hikmət Cavadov Eldar Həsənovla yaxınlığı barədə ötən gün Demokrat.az-da gedən məqaləyə özünəməxsus şəkildə aqressiv və təhqirlə reaksiya verib.
O, feysbuk səhifəsində qeyd edib: "Məni tanıyanlar bilirlər ki, mən hər zaman dövlətimə sadiqəm. Dövlətim, millətim üçün gecə-gündüz çalışmış və bu yolda heç bir mübarizədən çəkilməmişəm, çəkilmərəm də.
Aşağıda paylaşdığım məqalədə adları qeyd edilən, milli maraqlarımıza hörmətlə yanaşan insanlarla dostluğumdan qürur duyuram və bu münasibətləri nəyəsə görə gizlədəcək qədər əqidəsiz, cılız xarakterli şəxs də deyiləm. Bunu da bilirsiniz.
Bu məqaləni yazan və yazdıran, anlarının əlcəyini dişləyən çaqqal sürüsünə də deyirəm: "Sizin işiniz şər atmaq, alçaqcasına böhtan xarakterli məlumatlar yaymaqdırsa, bizim işimiz durmadan dövlətimiz üçün çalışmaqdır. Siz əqidənizi, kişiliyinizi, mənliyinizi beş paraya sataraq gündə bir mənsəbə qulluq edirsinizsə, bilin ki, biz ancaq Azərbaycana xidmət edirik".
Hikmət Cavadov Eldar Həsənovun açıq müdafiəsinə qalxaraq, onun azadlığa buraxılması üçün Azərbaycan Prezidentinə də müraciət edib. O, "mafioz bosunun" azadlığa çıxması istiqamətində kampaniya da başladıb.
Bu xəbər üçün şərh yazın