DİM apelyasiya şikayətlərinə baxmağa başlayıb

DİM apelyasiya şikayətlərinə baxmağa başlayıb 

15-16 aprel tarixlərində keçirilən imtahanların nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya proseslərinin təşkilinə başlanılıb.

Faktinfo.az xəbər verir ki,apelyasiya prosesi istiqamətlər üzrə imtahan nəticələrinin elan olunma ardıcıllığına uyğun olaraq davam edəcək və apelyasiya üçün qeydiyyatdan keçmiş bütün şagirdlərlə əlaqə saxlanılıb müraciətlərinə baxılacaq.

 Apelyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apelyasiya üçün ərizə yazanların təqribən 20-25%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi