DİM-in cəmiyyətdə nüfuzu aşılanıb-

DİM-in cəmiyyətdə nüfuzu aşılanıb- Təhsil eksperti DİM-i tənqid etdi

Dünən baş tutan magistraturaya qəbul imtahanında qaydaların pozularaq sualların digər şəxslərə sızdırılması faktı DİM tərəfindən rəsmi olaraq saytımıza açıqlandı.

Lakin bu halların baş verməsi imtahan prosesindəki şəffaflığı sual altına salır.Təhsil eksperti Kamran Əsədov Bizim.Media.az-a açıqlamasında imtahanların keçirilməsi prosesində texniki problemlərin olduğunu bildirərək bu haldan narazılığını ifadə edib:

“Keçirilən dünənki magistratura imtahanında 18 mindən çox şəxs iştirak edib. Dövlət İmtahan Mərkəzi hər iştirakçıdan 50 manat pul alır. Əvəzində isə qeyd edirlər ki, imtahanda iştirakçılara xidmət göstərilir, onlara ayrıca suallar salınır və təhlükəsizlik tədbirləri görülür. Amma biz görürük ki, imtahanların keçirilməsində hələ də texniki qüsurlar var.

Dünənki imtahana kimsə telefon keçirə və ya digər alətlərlə sualları kənara çıxarmağı bacarıbsa, demək ki, imtahanın təşkil olunması ilə bağlı ciddi qüsurlar var və təhlükəsizlik tam təmin olunmur.

Həmçinin Kamran Əsədov Dövlət İmtahan Mərkəzini təkrar və hazırlıq kurslarının test banklarındakı suallardan istifadədə günahlandırıb:

“Məlum olduğu kimi imtahanda təkcə bir sual yox, bütün sual kitabçalarının fotosu çəkilib. Təqdim olunan test tapşırıqlarının əksəriyyəti təkrar suallar idi.

Bəzi hazırlıq kurslarının test bankından olanlar suallar idi. Bundan başqa imtahanı koordinasiya edən şəxslər, nəzarətçilər mütəmadi olaraq sənədləşmə işləri zamanı imtahan otaqlarına girib-çıxması da imtahan iştirakçılarının narazılığına səbəb olub”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi