DİM-in gənc əməkdaşı koronadan vəfat etdi-

DİM-in gənc əməkdaşı koronadan vəfat etdi- "Hər iki doza vaksin olunubmuş"

Dövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşı Zəhra Qarayeva vəfat edib.

Bu barədə Report.az-a DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirib.

O qeyd edib ki, Z.Qarayeva avqust ayının 2-də məzuniyyətə çıxıb, məzuniyyət vaxtı COVID-19-a yoluxub və xəstəxanaya yerləşdirilib:

“Daha əvvəl hər iki doza vaksin olunub. Xəstəxanada müalicə alıb və özünü normal hiss edib. Lakin sonradan daxili orqanlarında – böyrəyində yaranmış problemlə əlaqədar vəziyyəti pisləşib. Həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb və sentyabrın 8-də xəstəxanada vəfat edib. Gənc idi, 29 yaşı var. Allah yaxınlarına səbir versin. Allahdan rəhmət diləyirik!", - X.Xanlarzadə deyib.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi