DİN: 223 saylı məktəbdə şagirdin neqativ hərəkətləri ilə bağlı iddialar yoxlanılır
Bakının Suraxanı rayonunda 223 saylı məktəbdə şagirdin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan iddiaların yoxlanılması məqsədilə araşdırmalar gedir.
Bunu Daxili İşlər Nazirliyinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev özünün "facebook" səhifəsində yazıb.
O bidlirib ki, rayon polisinin rəhbər vəzifəli şəxsləri hazırda məktəbdədir: "Tərəflərdən polisə daxil olan qarşılıqlı şikayətlərin təfərrüatları yerində yoxlanılır. Neqativ hala rəvac verən məsələnin aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin olunacaq".
Faktinfo.az onu da xatırladır ki,son 8-9 ildə məktəblərdə aparılmayan tərbiyə işinə görə, orta məktəblərdə də neqativ hadisələr yaşanır,hətda bıçaqlaşma səviyyəsində hadisələr yaşanır.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın