Dollar 90 rubla qalxa bilər
Hazırkı neft qiymətləri ilə əgər geosiyasi faktorlar olmasaydı, dolların qiyməti 70 rublu keçməyəcəkdi.
Bunu iqtisadçı analitik Mixail Koqan Rusiya-Ukrayna gərginliyinin Rusiya iqtisadiyyatına təsirlərini şərh edərkən deyib.
O qeyd edib ki, rublun məzənnəsinin daha kəskin düşməsi üçün “geosiyasi faktor” müharibədir:
“Əgər həqiqətən də Rusiyanın iştirak etdiyi silahlı münaqişə başlayarsa, onda neft 80 dollardan baha satılsa belə, rubl çökər və bir dollar dərhal 90 rubla qalxar”.
Qeyd edək ki, hazırda 1 dollar 77,2 rubla satılır.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın