Dollar bahalaşacaq ?

Dollar bahalaşacaq ? -Hüquqşünas Əkrəm Həsənovun fikirincə dollar...

“Qısa müddətdə dolların bahalaşacağı və ya bahalaşmayacağını dəqiq kimsə deyə bilməz. Amma uzun müddətli perspektivdə, yəni 1-2 ilə dollar, əlbəttə, bahalaşacaq”.

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Əkrəm Həsənov deyib.

 Ə.Həsənov qeyd edib ki, neftin qiyməti kəskin şəkildə düşüb, dünyada dərin böhran yaranıb: “Mərkəzi Bank əvvəlki illərdə nəyin bahasına olusa-olsun devalvasiyaya getməməyə üstünlük verdi. Buna görə də valyuta ehtiyatlarımız əridi. İndi də bu yolla davam etsək, valyuta ehtiyatlarımız tükənəcək. Devalvasiya qorxusuna görə biznes kreditləşdirilməsi, demək olar ki, dayanıb. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında deyib ki, banklar biznes kreditləri verməlidirlər. 

Düşünürəm, devalvasiyaya getmək lazımdır ki, ölkədə kreditləşmə davam etsin. Dolların manata nisbətində real məzənnəsi 2 manatdan çoxdur. Bunu dəqiq demək olmur, çünki dövlət statistikasına etimad yoxdur, valyuta ehtiyatlarının həqiqi dəyərini bilmirik. O valyuta ehtiyatlarının xeyli hissəsi qiymətli kağızlara, daşınmaz əmlaklara qoyulub ki, bunların da qiyməti düşüb. Hazırda qiyməti enməsi hansı səviyyədədir, deyə bilmərik. Koronavirus pandemiyası ilə əlaqədar dövlətin yükü artıb, işsizlərə birdəfəlik ödəmələr verilir, sahibkarlara müəyyən yardımlar edilir. Belə olan halda milli valyutanın məzənnəsini qoruyub saxlamaq düzgün deyil. Düşünürəm, manatı əvvəl-axır üzməyə buraxmaq lazımdır, qoy bazar müəyyən etsin”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər