Dollar bahalaşdı, Türkiyə iqtisadiyyatı isə... - FT
Türkiyə iqtisadiyyatının dayanıqlılığı ən pis qorxuları belə aradan qaldırdı.
Bu barədə İngiltərənin “Faynənşl Tayms” qəzetində məqalə gedib.
Nəşr yazır ki, bütün çətinliklərə baxmayaraq, Türkiyə iqtisadiyyatı ayaqda qalmağı bacarır:
"2011-2013-cü illərdə xəbərdarlıq edilirdi ki, əgər dollar 2 lirəni keçərsə, onda Türkiyə iqtisadiyyatı çökəcək. Dollar 2 lirəni keçdi. Daha sonra isə bildirildi ki, dollar 3-5 lirə arasında dəyişərsə, Türkiyə iqtisadiyyatı dağılacaq. Hazırda dollar 13 lirə ətrafında dəyişir. Türkiyə iqtisadiyyatı isə hələ də ayaqdadır. Həm banklar, həm də əhali müəyyən vaxtlarda baş tutan devalvasiyaya qarşı müqavimət göstərdilər. Hətta bankların xarici valyutada kredit verməsinin qadağan edilməsi dayanıqlılığa töhfə verdi"./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın