Dollar satışı 2 ayda 2 milyarda çatır - Tələb satışı üstələyir...

Dollar satışı 2 ayda 2 milyarda çatır - Tələb satışı üstələyir... 

2021-ci ilin Dekabr ayında Mərkəzi Bankda keçirilmiş 8 valyuta hərracında banklara 848,9 milyon ABŞ dolları satılıb.

marja.az xəbər verir ki, bu, noyabr ayındakı satışdan cəmi 5 milyon dollar azdır. 30 Dekabr 2021-ci il tarixində də Mərkəzi Bankda valyuta hərracının keçiriləcəyi gözlənilir. 

Əgər həmin hərracda da satış 100 milyon ABŞ dollarını ötərsə,dekabrda cəmi valyuta satışı 1 milyard dollara çata bilər.

2021-ci ilin noyabr ayında Mərkəzi Bankda keçirilmiş 9 valyuta hərracında 853,9 milyon dollar məbləğində valyuta satılıb. Son hərraclarda tələb və satış 100 milyon dollardan yüksək olur. 

Məsələn, 28 dekabr 2021-ci il tarixində keçirilmiş hərracda satış 120,9 milyon ABŞ dolları, 23 dekabr 2021-ci il tarixində keçirilmiş valyuta hərracında isə 130,9 milyon ABŞ dolları təşkil edib. Noyabr ayında və dekabr ayının ötən dövründə keçirilmiş valyuta hərraclarında cəmi satış 1 milyard 702,8 milyon dollar təşkil edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi