Donald Tramp:"OPEC-ə neft qiymətini aşağı salmaları üçün müraciət etdim"

Donald Tramp:"OPEC-ə neft qiymətini aşağı salmaları üçün müraciət etdim" 

OPEC-ə neft qiymətini aşağı salmaları üçün müraciət etdim.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib.

“Neftin qiyməti aşağı düşəcək. OPEC-ə müraciət etdim və neftin qiymətini aşağı salmalarının vacibliyini söylədim”, – deyə D.Tramp bildirib.

ABŞ Prezidentinin bu açıqlamasından sonra neftin qiyməti təxminən 2,5 faiz ucuzlaşıb. Hazırda “Brent” markalı xam neftin bir barreli Londonun ICE birjasında 71,83 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 62,91 dollara alıcı axtarır.

Qeyd edək ki, günün əvvəlində “Brent” neftinin qiyməti 75 dollar/barrel, “Light”ın qiyməti isə 65 dollar/barrel idi.

Ümumiyyətlə neftin qiyməti 2015-ci ildən indiyədək ən böyük həftəlik artım tempinə yönəlmişdi. Neftin qiyməti qlobal bazarda tədarük çatışmazlığına dair narahatlıqlar, İranda ixracın geriləməsi, ABŞ-da isə ehtiyatların artması, eləcə də OPEK+ koalisiyasının istehsalı azaltması, Venesuela və Liviyada hasilatdakı axsaqlıqlar fonunda bahalaşırdı.

Belə ki, ötən rübdə neftin qiyməti son 10 ilin ən yaxşı rüblük performansını göstərib. Ümumilikdə isə bu il “qara qızıl”ın qiyməti təxminən 43 faizdən çox artıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər