Dörd ölkə Rusiyanın müharibə cinayətlərini araşdırmağa başladı
Artıq dörd Avropa ölkəsi Rusiyanın hərbi cinayətlərini araşdırmağa başlayıb. Bu barədə Ukrayna baş prokuroru İrina Venediktova “Facebook” səhifəsində məlumat verib.
Onun sözlərinə görə, həmin dövlət Litva, Polşa, Estoniya və Almaniyadır.
“Ədalət naminə qlobal koalisiya hər gün böyüyür. Biz birlikdə hüquqi müstəvidə də qalib gələcəyik”, - deyə Venediktova vurğulayıb.
UNİAN-ın daha əvvəl verdiyi xəbərə görə, martın əvvəlində 39 ölkənin müraciəti əsasında BMT-nin Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində törətdiyi hərbi və insanlığa qarşı cinayətləri araşdırmağa başlayıb.
Martın 7-də Beynəlxalq Cinayət Məhkəməsi Ukraynanın Rusiyaya qarşı soyqırımı ittihamı ilə bağlı iddiası üzrə dinləmələrə başlayıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın