Dövlət qurumu Hüseynbala Mirələmovun diplomat oğlundan polisə şikayət etdi

Dövlət qurumu Hüseynbala Mirələmovun diplomat oğlundan polisə şikayət etdi 

Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) çalışan Rauf Mirələmovdan Bakı Şəhər Baş Polis İdarəsinə şikayət edilib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Rauf Mirələmov özünə məxsus “1001 gecə” restoranının yaxınlığında tikinti işləri həyata keçirir və bunun qanunsuz olduğu üzə çıxıb. 


Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti ərazidə araşdırma apardıqdan sonra tikinti işlərinin qeyri-qanuni olduğunu müəyyənləşdirib və qarşı tərəfə xəbərdarlıq edib. 


Lakin Rauf Mirələmov bu xəbərdarlığa məhəl qoymayıb. Ona görə də Əmlak Məsələləri Dövlət Xidməti Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edib. 


Hələlik Rauf Mirələmovun məsələ ilə bağlı polis tərəfindən dindirilib-dindirilmədiyi bəlli deyil.


XİN-dən sayta Rauf Mirələmovun hazırda bu qurumda çalışdığı təsdiqlənib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər