“Dövlət şirkətləri büdcəni də talayırlar...” – Ekspert

“Dövlət şirkətləri büdcəni də talayırlar...” – Ekspert + FOTO

Əsas vergi ödəyiciləri adlandırılan şirkətlər illərdir ki, dövlətdən büdcəyə ödədiyindən qat-qat çox vəsait götürür.

 Bununla bağlı faktlar göstərir ki, Azərbaycan büdcəsi yalnız bəzi dövlət qurumlarının deyil, həm də dövlət şirkətlərinin “sağmal inəyi”nə çevrilib.

Bu barədə iqtsadçı-ekspert Qubad İbadoğlu özünün şəxsi feysbuk hesabından paylaşım edib.

O, bildirib ki, bahalı və keyfiyyətsiz xidmətlərlə əhalini soyan dövlət şirkətləri digər tərəfdən də büdcəyə əlavə yük olurlar: “İllərdir ki, bu praktika davam edir. Şəkil bölməsindəki diaqramda qeyd olunan rəqəmlər 2021-ci ilə məxsusdur və Hesablama Palatasının rəyindən götürülüb.

Göy diaqramlar büdcədən götürülən vəsaiti, narıncı olanlar isə büdcəyə ödənilən vəsaiti göstərir.

Kommunal ödənişlərin vaxtında ödənilməsinə baxmyaraq, “Azərsu”, “Azəriqaz” və “Azərenerji” əlavə olaraq büdcədən milyonlarla manat dotasiya alıblar. Hələ bu hesablamaya onlarn dövlət zəmanəti ilə aldığı borclar aid edilməyib. Bu qurumlar bir tərəfdən əhalini istismar edir, digər tərəfdən isə büdcəni talayırlar. Bu siyahıya dünyanın ən bahalı biletlərini satan “AZAL”-da daxildir”./AzPolitika.info


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi