Döyüşlər qızışacaq?: Rusiya qırıcıları Xəzərin üstündən uçdu - NƏ BAŞ VERİR?
Ötən gün Rusiya Hava Kosmik Qüvvələrinin 4 Su-34 qırıcı-bombardmançı təyyarəsi Tu-154 təyyarəsinin müşaiyəti ilə Xəzər dənizinin üzərindən uçaraq Suriyaya gedib. Onlar Hmeymim aviabazasında yerə eniblər.
4++ nəsil Su-34 təyyarələri Həştərxan ətrafındakı Privoljsk aerodromundan havaya qalxıb. Qruplaşma öndə Rusiya Hava Kosmik Qüvvələrinin Tu-154 təyyarəsinin müşaiyəti ilə Xəzər dənizi akvatoriyası üzərindən və İranın hava sahəsindən keçib. Rusiya mənbələri qeyd edirlər ki, qırıcı-bombardmançılar Suriyanın Latakiyə və İdlib vilayətlərində Əsəd rejiminə müxalif qüvvələrə qarşı planlaşdırılan yeni əməliyyatlarda iştirak etmək üçün göndərilib.
Son vaxtlar Suriyanın şimalında, Türkiyə ilə Rusiya arasında razılaşdırılan deeskalasiya zonasında gərginlik artır. Bir neçə gün əvvəl Suriya ordusu həmin zonada müxalif qüvvələrin yanacaq bazasına “Toçka-U” raketləri ilə zərbə endirib. Həmin vaxt Rusiya da Xmeymim bazasından yaraqlılara “İsgəndər-M” raketi ilə zərbə endirdiyi bildirilir.
Bu xəbər üçün şərh yazın