DTX-nin tutduğu rəis ev dustaqlığına buraxıldı
Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Faiq Bağırov ev dustaqlığına buraxılıb.
Qafqazinfo.az-ın verdiyi xəbərə görə, onun vəkili Bəylər Məmişov müvəkkilinin barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqda vəsatət verib.
Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyev öncə prosesi təxirə salsa da, sonradan vəsatət təmin edilib və Faiq Bağırov ev dustaqlığına buraxılıb.
F.Bağırov Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham edilir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın