Dünyada şərab satışında artım müşahidə olunur-Azərbaycan da təlabat fonunda...

Dünyada şərab satışında artım müşahidə olunur-Azərbaycan da təlabat fonunda... 

Son illər dünyada istehlak olunan şərab içkilərinin satışında artım müşahidə olunur. Statistik məlumatlara görə, xüsusi olaraq, istehlakçılar qırmızı şərablara daha çox üstünlük verir.

Faktinfo.az-ın məlumatına görə, xarici jurnallar bunu onunla əsaslandırırlar ki, araq və pivədən fərqli olaraq, qırmızı şərabın tərkibində antioksidantlar, flavonoidlər mövcuddur. Bu faktorlar orqanizmdə bəzi virus və bakteriyaların qarşısını aldığından qırmızı  şərablara daha çox üstünlük verilir.Həmçinin daxili istehsalla bərabər, Rusiya, Almaniya, ABŞ, Çin və digər aparıcı dövlətlərdə şərab idxalına daha çox ehtiyac olduğu vurğulanır.

Ölkəmizin bu mənada imkanlarını nəzərə alsaq, Azərbaycan böyük bazarlara lazımi qədər şərab ixrac edə bilər.Yüksək keyfiyyətli məhsul istehsalı,Azərbaycanın qiymətli üzüm sortlarının tədqiqi və satışı,yerli üzüm sortlarından hazırlanan şərabların mütəmadi olaraq beynəlxalq dequstasiyalara təqdim olunması,Azərbaycan şərablarının ixracına imkanlar yaradar.

Təbii ki, burada Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnistitutunun üzərinə böyük məsuliyyət düşür ki, kordinasiyalı şəkildə işləsinlər.Yeri gəlmişkən qeyd edək ki, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitunun direktoru vəzifəsindən tanınmış şərabçı-mütəxəssis Tariyel Pənahov da 4 il əvvəl uzaqlaşdırılıb.Onu Beynəlxalq Dequstasiyalarda hakim dequstator kimi dünya miqyaslı alim və mütəxəssislər tanıyırdı.2018-ci ildə Pekin şəhərində keçirilən beynəlxalq konfransa texnika elmləri doktoru,Beynəlxalq Üzümçülük və Şərabçılıq Akademiyasının həqiqi üzvü,Tariyel Pənahov  da dəvət edilmişdi. Bundan sonra Azərbaycan şərablarına diqqət artdı və bir müddət əvvəl Çinin Azərbaycandan 20 milyon dollar dəyərində şərab tədarük etmək təşəbbüsünü mətbuat yazdı.

Beləliklə, ölkəmizin qeyri-neft sektorunun inkişaf etdirilməsində bir istiqamət də böyük həcmdə Azərbaycan şərablarının ixracı ola bilər. Bunun üçün mütləqdir ki, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnistitutu təkliflər versin, calaq ting istehsalı ilə məşğul olub,sistemli şəkildə işləsin,şərab üzrə keçirilən beynəlxalq dequstasiyalarda aktivlik nümayiş etdirsin,inistitutda yüksək ixtisaslı şərabçı mütəxəssislər işləsin vəs.

Bu təqdirdə, Azərbaycan da dünyada şəraba artan təlabat fonunda öz bazar payını əldə edə bilər.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi