Düşmən ağ fosfor tərkibli silahlardan istifadə edir - Hacıyev
Tərkibində ağ fosfor olan silahlar orqanizmə daxil olduqda zəhərləyici funksiya daşıyır. Dəri ilə təmasda isə insanın sümüyünə qədər yanıqlara səbəb olur. Bir çox daxili orqanları sıradan çıxarır.
Bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin rəhbəri Hikmət Hacıyev deyib.
O bildirib ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini hədəf alır:
"Ağ fosfor tərkibli silahlardan istifadə beynəlxalq konvensiyalar çərçivəsində qadağan olunub. Ağ fosforlu silahlar kimyəvi kateqoriyaya daxil olmasa da, istifadəsi qadağan olunduğu üçün Ermənistana qarşı beynəlxalq səviyyədə təzyiq mexanizmi işə düşməlidir".
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın