Ədliyyə Nazirliyi AXCP-yə də “yox” dedi – 1 ay vaxt verilib
Ədliyyə Nazirliyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) dövlət qeydiyyatı ilə bağlı müraciətinə mənfi cavab verib.
Bu barədə partiya nümayəndələri sosial şəbəkələrdə məlumat yayıblar.
Nazirlik bildirib ki, AXCP-nin təqdim etdiyi 5138 nəfər üzvün 2497 nəfər barədə məlumatlar (adı, soyadı, ata adı, doğulduğu tarix) düzgün göstərilmədiyindən dəqiqləşdirilməlidir. Bundan başqa 119 nəfər başqa partiyaların üzvü olması, 59 şəxs barədə məlumatların təkrarlandığı, 609 nəfərin AXCP üzvü olmadıqlarını, 2 nəfərin isə vəfat etdiyi qeyd olunub. İradların aradan qaldırılması ilə bağlı AXCP-yə 1 ay vaxt verilib.
Xatırladaq ki, bu günə qədər Ədliyyə Nazirliyi hakim Yeni Azərbaycan Partiyasını (YAP) dövlət qeydiyyatına alıb, Müsavat Partiyası və Respublikaçı Alternativ Partiyasına (ReAL) isə imtina cavabı verib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın