Əflatun Amaşov seçkilərə qatılmır?
Beşinci çağırış Milli Məclisin deputatı Əflatun Amaşov fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.
Bu barədə Modern.az-a 62 saylı Dairə Seçki Komissiyasından (DSK) məlumat verilib.
DSK-dan bildirilib ki, bu günə kimi 4 nəfərin namizədliyi təsdiq olunub:
“Ancaq sənədlərini DSK-ya təqdim edənlər arasında Əflatun Amaşov yoxdur. O, budəfəki seçkilərə qatılımayıb”.
Qeyd edək ki, Əflatun Amaşov 62 saylı Saatlı seçki dairəsindən deputat seçilmişdi.
Məlumat üçün bildirək ki, Yeni Azərbaycan Partiyasının 62 saylı Saatlı seçki dairəsindən deputatlığa namizədi Əziz Ələkbərlidir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın