Əfqan Hacıyevin 7,5 il cəza verdiyi şəxs bəraət aldı
Bakı Ağır Cinayətlər Məhkəməsinin sədr müavini Əfqan Hacıyevin 7 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum etdiyi vətəndaşın təqsirsizliyi üzə çıxıb.
Axar.az xəbər verir ki, Lənkəran rayonunun Havzava kənd sakini Nurlan Ağazadə 2 il 6 ay həbsdə saxlanandan sonra Bakı Apellyasiya Məhkəməsində azadlığa buraxılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsi onu təqsirli bilərək 7 il 6 aylıq həbs cəzasına məhkum etmişdi. Həmin hökmdən verilmiş apellyasiya şikayəti 1 ilə yaxın araşdırılıb və çıxarılmış hökm ləğv edilib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın