Ege Universitetinin əməkdaşları Aqrar Universitetdə tədrisi davam etdirir-

Ege Universitetinin əməkdaşları Aqrar Universitetdə tədrisi davam etdirir- - FOTO

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti Türkiyənin Ege Universiteti ilə imzalanmış Anlaşma Memorandumuna əsasən 2020/2021-ci tədris ilindən Türkiyənin Ege Universiteti ilə birgə ikili proqram əsasında “aqronomluq”, “bitki mühafizəsi”, “aqromühəndislik” və “iqtisadiyyat” ixtisasları üzrə kadr hazırlığı aparılır.

Faktinfo.az xəbər verir ki,qeyd olunan proqram üzrə Ege Universitetindən bir qrup müəllim müvafiq ixtisaslar üzrə tədris aparmaq üçün bir müddət əvvəl Aqrar Universitetə gəlib və yeni tədris ilində dərslərə başlayıblar.

Cari tədris ilində I kurs tələbələrinə dərs keçmək və universitetdə müvafiq sahələr üzrə elmi tədqiqat işlərində iştirak etmək üçün Türkiyənin İzmir şəhərində yerləşən Ege Universitetindən 9 nəfər professor-müəllim heyəti: Prof. Dr. İsmail Türkan(Biologiya və botanika), Prof. Dr. Bülent Çakmak(Kariyera planlaşdırılması, İnformatika, Əməyin təhlükəsizliyi), Prof. Dr. Urfat Nuriyev(Riyaziyyat), Prof. Dr. Hülya Atıl(Statistika), Doç.Dr. Süleyman Gülcemal(Ümumi kimya), müəllim Seda Beydeş(Xarici dil), Prof. Dr. Bekir Keskin(Zoologiya), baş müəllim Yılmaz Özkaya(Türk dili) Prof. Dr. Ömür Çakırlı(Fizika I) Aqrar Universitetə gəliblər.

Qeyd edək ki, ikili diplom proqramı çərçivəsində qeyd olunan ixtisaslarının hər birinə 2021-2022-ci tədris ilində otuz, 2022-2023-cü tədris ilində otuz, və 2023-24-cü tədris ilində otuz tələbə qəbul oluna bilər.

Ege Universitetinin əməkdaşları Aqrar Universitetdə tədrisi davam etdirir-Ege Universitetinin əməkdaşları Aqrar Universitetdə tədrisi davam etdirir-Ege Universitetinin əməkdaşları Aqrar Universitetdə tədrisi davam etdirir-Ege Universitetinin əməkdaşları Aqrar Universitetdə tədrisi davam etdirir-
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi