Əhəd Abıyevin aran rayonlarından birində işləmək həvəsi...
"Əhəd Abıyevin Prezident İlham Əliyevin sərəncamı ilə Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsində yaş senzinin əsas götürülməsini düşünmək doğru olmazdı.Çünki Əhəd Abıyev kimi 65 yaşı tamam olan bir çox rayon rəhbərləri var".
Bu barədə Faktinfo.az saytına danışan mənbə bildirir. Məlumatda qeyd edilir ki, son 2 ildə Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevdən olunan şikayətlərin çoxluğu və təkrar-təkrar edilməsi, eləcə də bir çox sahibkarlarla, iş adamları ilə arasında olan dərin ziddiyyətlər,ictimai münasibətlərdə mənfi rəy formalaşdırmaya bilməzdi.
Həmçinin, rayonunun Xoşbulaq kənd sakinlərinin kənddəki örüş yerlərinin tamam başqa rayon və şəhərlərdən olan sürü sahiblərinə satılması ilə bağlı davamlı şəkildə etdikləri şikayətlərin qiymətləndirilməsi kimi onlarla məsələ onun vəzifəsindən uzaqlaşdırılmasında başlıca amil ola bilərdi.
Bunu inkar etmək hazırki situasiyada doğru olmazdı.Eləcə də, zamanla Əhəd Abıyevdən olunan şikayətlər nə qədər gizlədilsə də, o müxtəlif vəzifəli şəxslər tərəfindən müdafiə olunsa da, yekunda Daşkəsən rayon ictimaiyyətinin rəyini nəzərə almamaq mümkünsüz görünürdü.Adamın Kolumbiya bayrağını Ermənistan bayrağı bilib,yumuruqlamağına qədər edilən hadisələrdən nəticə çıxartmağı gərəkirdi.
Qaldı Daşkəsən rayon İcra Hakimiyyətinin sabiq başçısı Əhəd Abıyevin gümrah olmasından danışıb, aran rayonlarından birində işləmək istəyinə,o şükür etməlidir,sakitcə vəzifədən uzaqlaşdırılıb.Belə də nəyə ehtiyacı var,adam gərək dərindən düşünsün.Ötən gün saytlar onun obyektlərinin siyahısını dərc etdi, inkar etsə də,hamı bilir ki,siyahıda göstərilənlər ona aiddir.Vəzifədə olduğu müddətdə imkanlarından istifadə edib ailə üzvlərindən birini Ramiz Rzayevin dövründə Ali Məhkəməyə işə düzəldib,oğlunu Bakı Baş Gömrük idarəsinə yerləşdirib, ailədə bağça müdirəsi olan da var.Belə işlərdən, belə mövqedən savadlı gənclik məhrum olduğu halda,onun övladlarının işi də var.Əhəd Abıyevin aran rayonlarından birində işləmək həvəsinə gəlincə bu indiki reallıqlarla uzlaşmır,mümkünsüz görünür - məlumatda vurğulanır.
Onu da qeyd edək ki,Əhəd Abıyevin Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsindən sonra rayon ictimaiyyəti sevinib,Azərbaycan prezidentinin qərarı alqışlanıb.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın