Əhməd Məmmədlini polis saxlayıbmış... - DİN-dən açıqlama

Əhməd Məmmədlini polis saxlayıbmış... - DİN-dən açıqlama + Yenilənib

Daxili İşlər Nazirliyi Demokratiya 1918 Hərəkatının (D18 Hərəkatı) sədri Əhməd Məmmədlinin saxlanılmasına münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev Yeniavaz.com-a bildirib ki, Ə.Məmmədli polis tərəfindən saxlanılıb, araşdırma aparılır.

Hələlik onun hansı səbəbdən saxlanıldığı məlum deyil.

***13:22
Demokratiya 1918 Hərəkatının (D18 Hərəkatı) sədri Əhməd Məmmədlinin saxlanıldığı iddia edilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Onun İslam Səfərli küçəsində, mülki geyimli şəxslər tərəfindən saxlanıldığı deyilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yeniavaz.com-a bildirilib ki, bu barədə onlarda məlumat yoxdur.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi