"ƏJDAHA” LƏQƏBLİ QƏHRƏMANIMIZIN DÖYÜŞ YOLU... -

"ƏJDAHA” LƏQƏBLİ QƏHRƏMANIMIZIN DÖYÜŞ YOLU... - Ağstafalı şəhidə Polad Həşimov saatını bağışlayıbmış

44 günlük Vətən müharibəsinin qəhrəmanları arasında şücaətlərinə görə ad qazanan igidlərimiz olub. Tarix yazan əsgərlərimiz, hərbçilərimiz döyüş yoldaşları arasında “Canavar”, “Əjdaha”, “Murov aslanı”, “Müəllim”, “Rembo” və s ləqəbləri qazanıblar.

Onlardan biri də əslən Ağstafadan olan şəhidimiz Rüfət Məmmədlidir. Döyüş yoldaşları arasında “Əjdaha” ləqəbi qazanan şəhid snayperimiz 44 günlük Vətən müharibəsində 98 erməni hərbçisini məhv edib.

Şəhid Rüfət Məmmədlinin anası deyir ki, oğlu həm 2016-cı il Aprel döyüşlərində, həm də Tovuz döyüşlərində iştirak edib:

“Tovuz döyüşlərində iştirak edən zaman çox sayda erməni əsgərini öldürüb.Buna görə, şəhid general-mayor Polad Həşimov oğlumun şücaətinə görə öz qolundakı saatı ona hədiyyə etmişdi. Generalımız şəhid olanda Rüfət söz verdi ki, Polad Həşimovun qanını yerdə qoymayacaq. Murovdan Şuşaya qədər döyüşdü, şəhidlərin intiqamını aldı və Şuşada da şəhid oldu”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər