Əkrəm Həsənov: “Azərbaycan manatı yalnız dollara bağlanıb, ona görə də rublun ucuzlaşması bizə təsir göstərə bilməz”

Əkrəm Həsənov: “Azərbaycan manatı yalnız dollara bağlanıb, ona görə də rublun ucuzlaşması bizə təsir göstərə bilməz” 

“Rus rublunun ucuzlaşmasının Azərbaycan manatına ciddi təsiri yoxdur, çünki manatın məzənnəsi neftin qiyməti və dolların dünya bazarındakı məzənnəsindən asılıdır.

Yəni, Azərbaycan manatı yalnız dollara bağlanıb. Ona görə də rublun ucuzlaşması bizə təsir göstərə bilməz”.

 Bunu Pravda.az-a açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov deyib.

 Ekspert qeyd edib ki, Rusiyada baş verənlər dünya bazarında neftin qiymətinin artmasına səbəb olub: "Bu fakt Azərbaycanın valyuta gəlirlərini artıracaq. Bu halda manat üçün heç bir təhlükə yoxdur. Ona görə də rublun ucuzlaşmasından Azərbaycan üçün narahat olmağa dəyməz".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi