Əkrəm İmamoğlu:"Fürsət olarsa, Ərdoğanı qucaqlayacam"
“Əlbəttə, həyəcanlıyam, amma bu həyəcanım ağılımın önünə keçə bilməz. Məsuliyyətimin fərqindəyəm”.
Bunu İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
O, “AKP-dən təbrik aldınızmı?” sualına “Buradakı rəsmi telefonlardan gəlmədi, cib telefonuma isə hələ baxmamışam”, – deyə cavab verib.
Jurnalistlərdən birinin “Cənab Ərdoğan İstanbula gələcək. Onu qarşılayacaqsız?” sualına isə İmamoğlu belə cavab verib: “Vəzifəm nəyi tələb edirsə, onu da edərəm. Bundan kimsənin şübhəsi olmasın. Əl tutub görüşməklə yanaşı, fürsətimiz olarsa, qucaqlaşarıq. Biz bu şəhəri barışdırmağa gəlirik”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın