Ekspert: “Sənaye üçün nəzərdə tutulan palma yağlarının bazara daxil olmasına qəti şəkildə etiraz edirik”

Ekspert: “Sənaye üçün nəzərdə tutulan palma yağlarının bazara daxil olmasına qəti şəkildə etiraz edirik” 

“Beş il bundan öncə, Braziliyada keçirilən istehlakçı hüquqlarını müdafiə edən təşkilatların konqresində palma yağı məsələsini gündəmə gətirdim.

 Məlum oldu ki, palma yağı iki cür hazırlanır. Birinci növü dənələrindən, toxumlarında hazırlanan yağdır. Bu qida üçün tam uyğundur, hətta yağları körpələr üçün olan qidalara da əlavə edirlər. Bunun nümunələrini Azərbaycanda da görə bilərik. Digər növü isə yarpaqlardan və gövdəsindən hazırlanır. Bu yağ isə sənaye məqsədilə istifadə olunur. Palma yağının birinci növü qorxulu deyil və qida üçün nəzərdə tutulmuş normal yağdır. Qida üçün nəzərdə tutulan bu növ palma yağlarının açıq şəkildə satılmasının tərəfdarıyam. Lakin sənaye məqsədilə gətirilən yağların qida məqsədilə istifadə olunması qəti şəkildə yol verilməzdir. Qida Təhlükəsizliyi Agentliyi qida üçün nəzərdə tutulmuş palma yağlarını şübhəsiz ki, yoxlayır…”

 

Bunu Pravda.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

 

E.Hüseynov bildirib ki, MDB məkanında palma yağlarına qarşı böyük basqı var, çünki yağlar burada istehsal olunmur: “Əsasən müsəlman ölkələri olan İndoneziya və Malayziyada istehsal olunur. Bu yağlar dünyanın duru yağ bazarının qiymət məsələsinə də ciddi təsir edir. Qida üçün nəzərdə tutulmuş palma yağları daxil olduqları ölkələrin duru yağ bazarını silkələyir və uyğun olmayan rəqabət mühiti yaradır, çünki bu yağların qiyməti ucuz olur. Ümumiyyətlə, MDB ölkələrində insanların bundan uzaqlaşması üçün palma yağlarına qarşı böyük informasiya basqısı var. Ancaq bu məkanda istehlakçı hüquqlarını qoruyan təşkilatlar bazara qida üçün yararlı, ucuz palma yağlarının daxil olmasının tərəfdarıdırlar. Lakin yenə qeyd edirəm ki, sənaye üçün nəzərdə tutulan palma yağlarının bazara daxil olmasına qəti şəkildə etiraz edirik və lazım gələrsə, bunun qarşısını almaq üçün bütün imkanlarımızdan istifadə edərik”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi