Ekspertdən PROQNOZ: Kəskin bahalaşma olacaq
“Əmək haqqı və pensiya artımı müşahidə olunursa, bu mütləq qiymətlərə təsir edir”.
Bunu Yeni Sabah.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli deyib.
Avropa ölkələrində də prosesin eyni cür getdiyini deyən ekspert oradakı qiymət artımının Azərbaycandakı qədər kəskin olmadığını qeyd edib:
“Azərbaycanda elə olub ki, artan gəlirlərlə müqayisədə qiymətlər daha çox qalxıb. Yəni, gəlirlərin nominal dəyəri artsa da, real dəyər bir çox hallarda azalır. Amma Avropa, o cümlədən istənilən bazar iqtisasiyyatının oturuşduğu ölkələrdə belə bir hal müşahidə edilmir. Çünki həmin ölkələrdə rəqabət var”.
Azərbaycanda bütün sahələrdə bahalaşmanın ola biləcəyini deyən ekspert, bunun daha çox ərzaq məhsullarında müşahidə olunacağını qeyd edib:
“Maaş və pensiyaların artımı üçün indi qərar verilsə də, sentyabr-oktyabr aylarından sonra həyata keçəcək. Kənd təsərrüfatı məhsullarında isə həm mövsümi səbəblərə, həm də gəlirlərin artmasına görə il sonunda kəskin bahalaşma olacaq”.
A.Nəsirli qiymətlərin kəskin artışının səbəbini inhisarçılıqda görür:
“Azərbaycanda bazarda rəqabət olmadığı üçün qiymət artımı cilovlana bilmir”.
Bu xəbər üçün şərh yazın