“ELÇİBƏY KQB AGENTİ OLA BİLMƏZDİ…” –

“ELÇİBƏY KQB AGENTİ OLA BİLMƏZDİ…” – Rəsul Quliyev

“Əbülfəz Elçibəyin lider, prezident kimi çatışmayan cəhətlərindən kifayət qədər danışmaq olar. Ancaq onun KQB-nin agenti olduğunu iddia etmək absurddur”.

Bunları Azərbaycan parlamentinin sabiq sədri Rəsul Quliyev keçmiş hüquq müdafiəçisi Leyla Yunusun eks-prezident Əbülfəz Elçibəyi “KQB-nin agenti” adlandırmasına münasibət bildirərkən deyib. O, sosial şəbəkədə bu barədə fikirlərini açıqlayıb.

Xatırladaq ki, Leyla Yunus bugünlərdə internet televiziyalarından birinə müsahibəsində belə gözlənilməz açıqlama ilə çıxış edib. O, iddia edib ki, Elçibəy gənc vaxtlarında xaricdə tərcüməçi işləyərkən əməkdaşlığa cəlb olunub. Elçibəyə bu yersiz hücum əksəriyyət tərəfindən hiddətlə qarşılanıb.

R.Quliyev isə hesab edir ki, Əbülfəz bəyin xaricdə tərcüməçi işləyəndə KQB tərəfindən ələ alınması ideyasının heç bir əsası yoxdur. Sitat: “Xaricdə işləməyə göndərilən istənilən sovet vətəndaşı getdiyi ölkədə baş verənlər barəsində KQB və ya XİN-nə məlumat verməli idi, bu işi görmək onun bir vətəndaş kimi borcu idi. Onun üçün agent olmaq lazım deyildi. Agent o adamları edirdilər ki, o işlədiyi təşkilatda sovet vətəndaşlarından donos yazsın. Elçibəy Misirdə hərbçiləri tərcümə edirdi, hərbçilərin özlərinin KQB kimi kəşfiyyat idarəsi var idi və onlar KQB-ni distansiyada saxlayırdılar. Ona görə Elçibəyin KQB-nin agenti olmasını iddia etmək olmaz”.

elcibey

R.Quliyev qeyd edir ki, Elçibəy heç zaman klançılığa can atmayıb, onu yaxından tanıyanlar bunu yaxşı bilir. Elçibəyin sovet vaxtı həbsdən tez buraxılmasının isə motivi başqa olub. “Elçibəyi tanıyanlar onun hər hansı bir klanın üzvü olmaq istəyinin sıfırdan da aşağı olduğunu bilirlər. Elçibəy Qamsaxurdiya və başqa disidentlər (ölkədən qovulan) kimi bu rejimə təhlükə yarada bilmək səviyyəli deyildi, ona görədə onu zindanda uzun müddət saxlamağın heç bir mənası yox idi.
Elçibəy xalqını, vətənini sevən adam idı – buna heç bir şəxsin şübhəsi olmamalıdır!”

R.Quliyev deyir ki, yaxın ətrafının Elçibəyi satmağı ona pis təsir etmişdi: “Elçibəyin nə idarəçilik təcrübəsi var idi nə də idarə etmək həvəsi. Ətrafına yığdığı ondan da təcrübəsiz adamların hərəsinin ağzından bir avaz gələndə çaşıb qalırdı və heç bir qərar qəbul edə bilmirdi. Ən böyük fəlakət bu insanların sıfır bacarıqla ağlasığmaz ambisiyalarının olması idi. Bu komanda ilə onun hakimiyyətdə bir il qala bilməsi möcüzə idi. Onun vəzifəyə qoyduğu naşıların sonradan ambisiyalarının qurbanı olub Elçibəyi satmaqları ona çox ağır təsir etmişdi və bizim Vaşinqtondakı axırıncı görüşümüzdə bu barədə çox təəsüflə danışırdı.

Elçibəyin səhvləri olub, ancaq onun özünün hansı isə marağı naminə xalqının əleyhinə iş görməsini iddia etmək düzgün deyildir. Əliyevin adamı olması barədə deyilənlər əfsanədir. Əliyevin Bakıya gəlməsini istəməyən bir nömrəli insan Elçibəy idi. Təəssüf ki, ətrafındakı cırtdan siyasətçilər onu bu işi görmək məcburiyyətində qoymuşdular”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi