Elçin Sadıqov aclıq aksiyasına başladı
Bu gün Bakı Apellyasiya Məhkəməsində vəkil Elçin Sadıqovun şikayətinə baxılıb.
Faktinfo.az Bakupost.az-a istinadla xəbər verir ki, hakim Zəki Babayevin sədrliyi ilə keçirilən prosesdə Elçin Sadıqovun vəkilləri çıxış edib və daha sonra özü danışıb. Onlar həbs qətimkan tədbirin ləğv olunmasını istəyiblər.
Məhkəmədə həmçinin Elçin Sadıqov aclıq aksiyasına başladığını elan edib.
Növbəti proses sentyabrın 17-də davam edəcək.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın