Elçin Şıxlı: “Media maliyyə cəhətdən mütləq özü-özünü təmin etməlidir”

Elçin Şıxlı: “Media maliyyə cəhətdən mütləq özü-özünü təmin etməlidir” 

“Media maliyyə cəhətdən mütləq özü-özünü təmin etməlidir. Media strukturları üçün bu şərait yaradılmalıdır”.

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deyib.

 

E.Şıxlı bildirib ki, xeyli çabalar olmasına baxmayaraq, medianın vəziyyəti onun ürəyincə deyil: “Müstəqillik və özünü maliyyələşdirmə məsələsində problemlər var. Maliyyə cəhətdən özünü təmin edə bilməyən media orqanı kimdənsə asılı vəziyyətə düşür. Nəticədə, media ya müstəqil fikir, ümumiyyətlə, yürüdə bilmir, ya da buna müəyyən qədər nail olur. Çünki maliyyələşdirən şəxslərin və ya qurumların müəyyən tələbələri olur. Deyirlər ki, pulunu mən verirəmsə, mən deyəni də yazmalısan. Bu, yandaş, yəni müstəqil olmayan jurnalistikadır. Əgər media qurumu doğru-dürüst informasiyanı təbliğat və təşviqatla əvəzləyirsə, medialıqdan çıxır”.

 

E.Şıxlı hesab edir ki, MEDİA yeni fəaliyyətə başladığı və ortaya samballı iş qoymadığı üçün onun fəaliyyətini dəyərləndirmək hələ tezdir: “Bu qurumun əsas işi “Media haqqında” qanunla bağlıdır. Yəni, medianın durumu bu qanunun necə tətbiq olunacağından çox asılıdır. Müvafiq saytlara inkişafları üçün müəyyən qədər vəsaitin paylanması məsələsində, fikrimcə, şəffaflıq təmin edildi. Lakin nəzərə almaq lazımdır ki, bu, problemin həlli deyil. Təkrar edirəm, media maliyyə cəhətdən mütləq özü özünü təmin etməlidir. Media strukturları üçün bu şərait yaradılmalıdır. Maddi yardım yalnız müəyyən məqamlarda qəbulediləndir. Misal üçün, yeni məzmunlu hansısa çap mediası layihəsinin reallaşması üçün müddətli maliyyə yardımı ayrıla bilər”.

 

Nəzrin Cavid

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi