“Eldar Həsənov büdcə oğurlayan adam olmayıb” - İsfəndiyar Vahabzadədən keçmiş səfirə DƏSTƏK
“Mən bu barədə bir dəfə də danışmışam. Bir daha təkrar edirəm ki, Eldar Həsənova verilən ittihamlar ona yapışmır.
O, büdcə oğurlayan deyil. Bu gün səfirliklərin illik büdcəsi 500 min manat civarındadır. Mən Rövnəq Abdullayevin oğlunun saatının pulu ilə səfirliyi 5 il saxlayaram”.
Gununsesi.info xəbər verir ki, bunu Azərbaycanın Moldovadakı sabiq səfiri, xalq şairi Bəxtiyar Vahabzadənin oğlu İsfəndiyar Vahabzadə deyib.
O, bildirib ki, Eldar Həsənov səfir olduğu dövrlərdə Azərbaycan üçün böyük işlər görüb: O, Dədə Qorqudu rumın dilinə öz vəsaiti hesabına tərcümə etdirərək, çap etdirib.
Bundan başqa Heydər Əliyevi, Nizamini, Nəsimini , Səməd Vurğunu və sair görkəmli şəxsiyyətlərin əsərlərini də eyni qaydada çap etdirdi. Sonra fərziyə uydurdular ki, Serbiya Ermənistana silah satdı və bunun qarşısını ala bilmədi. Bu gülünc iddiadır. Eldar Həsənov milli adamdır”.
Bu xəbər üçün şərh yazın