Eldar Mahmudovun əmisi oğlu azadlığa buraxılıb
Bakı Hərbi Məhkəməsində Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Məhkəmənin hökmü ilə V.Mahmudova 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. O, ibtidai istintaq və məhkəmə istintaqı dövründə həbsdə olduğu üçün məhkəmə zalından azadlığa buraxılıb. Hökmdə həmçinin qeyd edilib ki, V.Mahmudova məxsus əmlaklar müsadirə olunub./Report.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın