Eldar Quliyevin "Universiteti" narazılıq yaradır
Azərbaycan Kooperasiya Universitetinin rəhbərliyi dərsə gələn bir qrup tələbənin ali təhsil ocağına daxil olmasına icazə verməyib.
Buna səbəb həmin tələbələrin saqqallı olması ilə əlaqələndirilib. Redaksiyamıza adının çəkilməsini istəməyən tələbənin verdiyi məlumata görə, rektor saqqallı tələbələrə qarşı daha ciddi tədbirlərin görüləcəyini deyib.
Qeyd edək ki, son zamanlar bir sıra ali təhsil ocaqları daxili qaydalarına istinad edərək tələbələr üçün bu cür məhdudiyyətlər tətbiq edir.
Təhsil eksperti Etibar Əliyev bildirib ki, ali təhsil ocaqları bununla təhsil haqqında qanunu kobud şəkildə pozur.
Onun sözlərinə görə, “hər bir tələbənin geyimi və saç-saqqalı onun özünün seçimidir. Universitetlərin bu məsələdəki müdaxiləsi yolverilməzdir”. /Konkret.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın