Eldar Sabiroğlu ilə ermənilər arasında qarşıdurma – Türkiyədə
“Ömür yoldaşım Tahirə xanımla Ankaraya gəlişimizin dördüncü günü Qızıl Ay meydanının yaxınlığında olan nəhəng ticarət mərkəzinin 8-ci mərtəbəsində yerləşən restoranda axşam yeməyinə getmişdik.
Növbəyə dayanmışdım. Baxdım ki, arxada sağ tərəfimdə iki nəfər erməni dilində qırıldadır. Xidmətdən, yeməklərin keyfiyyətindən razılıqlarını ifadə edirdilər”.
Yeni Sabah.az xəbər verir ki, keçmiş deputat Eldar Sabiroğlu sosial şəbəkədə yazıb. Bildirib ki, həmin ermənilər ondan soruşub: “”Hayes, axber”. E. Sabiroğlu deyir ki,onun gözlənilməz cavabı erməniləri təəccübləndirib:
“Dedim ki, İrəvan türküyəm. Bu sözüm keflərinə əməlli-başlı soğan doğradı. Başladıq onların dilində söhbətə. Tarixi türk torpaqlarında indi bir türkün olmadığını, təkcə Bakıda isə 30 minə yaxın erməninin yaşadığını deyəndə susdular.
Hiss etdim ki, qorxmuş kimi oldular. Kənarda dayanan 10 nəfərə yaxın erməni bizə yaxınlaşıb mənimlə danışmağa başladılar. Elə bildilər ki, mən də onlardanam. Ani olaraq üzləri gülən erməni dəstəsi biləndə ki, türkəm, əhvalları dəyişdi, "köməyimə" özünü yetirən Tahirə xanım bunları necə deyərlər, öz dillərində yaş yuyub quru sərdi. Xanımımın onlara dünyada cəmi- cümlətanı 10 milyona yaxın erməni olduğu halda dənizdən -dənizə erməni torpaqları iddiasının məntiqsiz göründüyünü etiraf etmələrini məsləhət bildi. Hətta onun bu dəlili-250-300 kilometrə bir erməninin düşdüyünü səsləndirməsi İrəvan ermənilərinin yediklərini burnundan gətirdi.
Nəhayət, söhbəti bitirib yola düzəldik.
Bu qeydləri yazmağa məcbur edən səbəb erməni birliyinin bu daşnakların simasında özünü başqa ölkədə ifadə etməsi bizə çox toxundu. Başqa bir fikir də məni narahat etdi. Ürəyimdə bir müqayisə apardım. Görəsən, bu cür əhvalat bizim millətdən olan soydaşlarımıza qismət olsaydı, nə edərdilər: işiniz-peşəniz qurtarıb dünyanı biz düzəldəcəyik deyə- bir-birlərini günahlandıracaqdılar”.
Bu xəbər üçün şərh yazın