“Elə bilirdiniz ki, marketlərdəki politilen torbalar bu günə qədər sizə havayı verilirdi?"
“Elə bilirdiniz ki, marketlərdəki politilen torbalar bu günə qədər sizə havayı verilirdi?
Xeyr, elə şey yoxdur. Marketlərdə tavanda yanan lampalardan tutmuş havayı hesab etdiyiniz torbalara qədər hər şeyin xərci satılan məhsullar üzərinə paylanaraq istehlakçılara ötürülür”.
Pravda.az xəbər verir ki, bunu ekspert Eldəniz Əmirov deyib.
E.Əmirov maya dəyərinə nələrin daxil olduğuna diqqət çəkib: “Məhsulun maya dəyərinə istehsal prosesində istifadə olunan təbii ehtiyatların, xammalın, materialın, yanacağın, enerjinin, əsas fondların, əmək ehtiyatlarının qiymətləndirilmiş dəyərini, həmçinin onların istehsalına və satışına sərf edilən digər məsrəflər daxildir. Torbanın xərci də digər məsrəflər hissəsində gizlənir. İndi bu xərci sadəcə çek üzərində 3-5 qəpik göstərəcəklər ki, insanlar məsuliyyətli olub, torbalardan lazımlı-lazımsız istifadə edib, təbiətə tullamasınlar. Torbalar nisbətən ekoloji tələblərə uyğun olsun, insanlar da daha səmərəli istifadə etsin”.
“Bu günə qədər torbanın qiyməti çek üzərində yazılmadığına görə elə bilirdik ki, market sahibi cibindən bizə politilen torba alır. Xeyr, elə şey yoxdur. Sadəlövh olmayın. Bu dünyada yalnız valideynin övladına olan məhəbbəti havayıdır, qalan heç nə havayı deyil” - Ekspert əlavə edib.
Bu xəbər üçün şərh yazın