“Elə bilirlər sinə oynadıb, baldır göstərməklə...” - Şeyxdən SƏRT İRAD
“Bu komediya deyil, millətin ruhunu, zövqünü korlamaqdır. Konkret rüsvayçılıqdır”.
Bunu Yenicag.az-a açıqlamasında tanınmış rejissor, xalq artisti Əbdül Mahmudbəyli özünü cəmiyyətə komediya aktyoru kimi sırıyan artistlərdən danışarkən deyib.
Şeyx onların ünvanına kəskin fikirlər səsləndirib, bəzi şou verilişlər və aparıcılarla da da bağlı sərt danışıb:
“Əsil sənətkarların yeri boş qalıb, onların yerinə gələn yoxdur, gələnlər də hamısı meymunluq etməklə məşğuldur. Eybəcər şapka qoymaq, bığ saxlamaq, qarın buraxmaq, ləhcədə danışmaq, söyüş söyməklə adamı güldümürlər. Bu komediya deyil, millətin ruhunu, zövqünü korlamaqdır. Konkret rüsvayçılıqdır. Fikirləşirəm ki, televiziyada bəzi maraqlı qüvvələr var eybəcər şou verilişlərlə Azərbaycan xalqının əxlaqını, mənəviyyatını planlı şəkildə məhv edirlər. Buradan müraciət edirəm ki, belə verilişlərə son verilməlidir. Azərbaycanda nə qədər artist varmış? Hamısı da bir-birinə bənzəyir, eyni hərəkətləri edir, eyni cür ağız-burun əyir. Özlərini elə hala salırlar, söz də tapmıram bənzətməyə. Elə bilirlər arxa, sinə oynatmaqla, baldır göstərməklə aktyor olacaqlar. Azərbaycan cəmiyyətini pis günə qoyan, səviyyəsini korlayan bəzi televiziyaların şou verilişləri və aparıcılardır. Dırnaqarası artistlərdir. Bunlar özlərini qoyublar çöldə, təki nə yolla olur-olsun, insanları güldürsünlər. Bu verilişlər dayandırılmalı və onlar həbs olunmalıdır”.
Bu xəbər üçün şərh yazın