“Əlillik meyarları dəyişəcək”-

“Əlillik meyarları dəyişəcək”- Nazir

“Azərbaycanda ümumilikdə 618 min əlil var.

Onlara verilən müavinətlər mərhələli şəkildə artırılacaq”.

Bu sözləri Modern.az-a eksklüziv açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, əlillərlə bağlı ümumi konsepsiya dəyişdiriləcək:

“Əlillərlə bağlı yeni konsepsiya hazırlanacaq. Bu gün 52 növ sosial müavinət var. Onlar unifikasiya olunacaq. Eyni zamanda, əlillik meyarları dəyişəcək. Çünki I, II, III qrup əlillik sovet vaxtından qalan anlayışdır. Bütün dünyada əlillik əmək qabiliyyətini və ya özünəqulluq qabiliyyətini itirmə faizi ilə müəyyən olunur. Ona görə bu dəyişikliklər ediləcək ki, kimlərə müavinət ödənilsin. Məsələn, bu gün III qrup əlillərə 55 manat məbləğində vəsait ödənilir. Bu müavinətin ödənilib – ödənilmədiyini işçi qrup müəyyən edəcək. Artıq dünya təcrübəsinə uyğun olaraq araşdırma aparılır. Bu çox böyük bir işdir”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi