«Əlli yaşdan sonra işləmək üçün güc qalmır» – Rusiyalılar belə hesab edirlər…
Rusiya əhalisinin 80,0 faizindən çoxu pensiya yaşının qaldırılmasının onlara layiqli ahıllıq gətirəcəyinə ümid etmir.
Əhalinin 2/3-i isə hesab edir ki, artıq 50 yaşdan sonra onlarda işləmək üçün güc qalmayacaq.
Bu rəqəmlər «Zarplata.ru» portalının 15 min Rusiyalı arasında keçirdiyi sorğu zamanı ortaya çıxıb.
Rəyi soruşulanların əksəriyyəti (95,0 faizi) Rusiya hökumətinin pensiya yaşını artırması barədə qərarını dəstəkləmir. Respondentlərin 65,0 faizinin fikrincə, qadınlar üçün optimal pensiya yaşı 50-55, hər 4 nəfərdən birinin fikrincə isə maksimum 60 yaşdır.
Əhalinin 68,0 faizi hesab edir ki, kişilər pensiyaya 60 yaşdan gec olmayaraq çıxmalıdırlar. Respondentlərin 2,0 faizinin fikrincə, kişilər üçün optimal pensiya yaşı 50,0-dən artıq olmamalıdır. Hər 5 nəfərdən biri hesab edir ki, kişilər pensiyaya 55 yaşdan gec olmayaraq çıxmalıdırlar. Respondentlərin 11,0 faizi isə qeyd edib ki, kişilər pensiyaya 60 yaşdan gec olmayaraq çıxmalıdırlar.
Hər onuncu respondent 60 yaşdan sonra da məmnuniyyətlə işləməyə hazır olduğunu bildirib, onların 39,0 faizi isə pensiya yaşına qədər yaşaya biləcəyinə ümid etmir.
Sorğuda iştirak edənlərin 18,0 faizi 50-60 yaşdan sonra işləmək istəmədiyini bildirib.
Xəbər verildiyi kimi, Rusiya hökuməti Dövlət Dumasına yeni pensiya qanunu layihəsi təqdim edib. Sənədə görə, Rusiyada pensiya yaşının kişilər üçün 65-ə, qadınlar üçün isə 63-ə qaldırılması nəzərdə tutulur.
Kişilər üçün pensiya yaşının 2028-ci ilə qədər, qadınlar üçün 2034-cü ilə qədər qaldırılması təklif olunur.
Bu xəbər üçün şərh yazın