Elm və təhsil nazirinə yeni müavin təyin edilib
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Həsən Həsənli nazir müavini təyin edilib.
Qeyd edək ki, Həsən Həsənli 1991-ci ildə Naxçıvan şəhərində anadan olub. O, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2009-2013-cü illərdə Böyük Britaniyanın Bristol və Kembric universitetlərində ictimai siyasət və siyasi elmlər ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın